Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gündür

Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, onun inkişaf etdirilməsində misilsiz xidmətləri var. O, bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. Onun böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi müstəqilliyimizi əbədiyyətə çevirdi, xalqımızı hüquqi, sivil, demokratik dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliyə apardı.

Ümummilli Liderin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanmaqla sübut etdi.

Biz fəxr edirik ki, Heydər Əliyevin ruhu bu gün şaddır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ümummilli Liderin ən böyük arzusunu həyata keçirdi.

Tariximizdə silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömür boyu fəxr edən Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edirik. Heydər Əliyev azərbaycanlıların qəlbində daim yaşayacaq!

⤵️
” TURANIN SƏSİ “__ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir