DİN-in mətbuat xidmətinin məlumatı

0
  • Noyabrın 1-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

  • Noyabrın 1-də saat 20 radələrində Yevlax rayonunun Malbinəsi kəndi ərazisində rayon sakinləri P.Məhərrəmovun idarə etdiyi “VAZ-2106” və S.Səfərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə P.Məhərrəmovun sərnişini olan anası Həqiqət Məhərrəmova hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

  • Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Noyabrın 1-də saat 19 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində şəhər sakini M.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini İsrəfil Gülalıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Noyabrın 1-də saat 23 radələrində Quba rayonu ərazisində rayon sakini E.Həsənov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şahbəddin Bədəlovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir