TƏCİLİ ! İcra başçılarına tapşırıq verildi: 1 ay vaxtınız var !
Bu ilin yayında ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar səngimək bilmir. Ötən gün Milli Məclisin daha iki deputatı – Ədalət, Hüquq və Demokratiya partiyasının sədri Qüdrət Həsənquliyev və ReAL təmsilçisi Erkin Qədirli analoji açıqlama ilə çıxış ediblər. Bundan əvvəl isə sabiq baş bazir Pənah Hüseyn də növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu bildirərək, hazırlıq prosesinə start verdiklərini açıqlayıb.
“Turanın səsi ” bununla bağlı məlumatlar əldə edib.
Odurki , Hakimiyyət komandasındakı mənbələrdən saytımıza növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın artıq verildiyini bildiriblər. Məlumatlı şəxsin sözlərinə görə, Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqust ayında keçiriləcək.
Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxın 1 ayda, ən gec mayın sonuna kimi məzuniyyətə çıxmaq tövsiyə olunub. Məzuniyyətə çıxmaq istəməyənlərin dekabr ayından tez bu hüquqdan yararlana bilməyəcəkləri vurğulanıb.
Məlumatlara əsasən, növbədənkənar parlament seçkiləri ilə əlaqədar digər vəzifəli şəxslərin də məzuniyyət hüququ ilin sonuna kimi ertələnib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI