DEPUTAT – İran-İsrail münaqişəsində Rusiyanın hansısa hədəflərindən danışmaq doğru olmaz!
İran-İsrail münaqişəsində Rusiyanın hansısa hədəflərindən danışmaq, doğru olmaz. Məsələyə qlobal geosiyasi aspektdən yanaşmaq lazımdır.
Bu barədə “Turanın səsi ” nə nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Yaxın Şərq ötən əsrin 60-cı illərindən bəri müxtəlif qütblərin, sivilizasiyaların maraqlarının toqquşduğu, qaynar nöqtəyə çevrilmişdir. Bu baxımdan, əsas qlobal və regional aktorlar, bölgə xalqlarını, bəzi hallarda terrorçu qrupları öz məqsədləri üçün istifadə edirlər. Bir növ proksi qüvvələr vasitəsilə öz siyasətlərini həyata keçirirlər.
Son illər Qərb-Rusiya qarşıdurması daha kəskin xarakter almışdır. Bir tərəfdən Rusiya-Çin-İran, digər tərəfdən isə, ABŞ başda olmaqla, kollektiv Qərbin formalaşdırdığı təhlükəsizlik konfiqurasiyası müşahidə olunur. Təbii olaraq, hər iki tərəf yeni dünya nizamının formalaşmasında, təbii resurslar, logistika uğrunda mübarizədə müharibələrdən, lokal konfliktlərdən öz məqsədləri üçün yararlanmaqdadır.
İran-İsrail müharibəsində Rusiyanı qane edən əsas məsələ odur ki, konflikt başladığı gündən dünyanın diqqəti bu bölgəyə fokuslanmışdır. Ukrayna müharibəsi arxa plana keçmiş və nə ABŞ, nə də ki, Avropa İttifaqı Ukraynaya əvvəlki kimi dəstək vermir. Rusiya da, öz növbəsində bundan istifadə edir və cəbhədə irəliləyir. Yaxın Şərq problemi böyük müharibəyə çevrilərsə, Rusiyanın Ukraynada daha böyük nəticələr əldə etməsi gözləniləndir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI