TÜRKPA nümayəndələri Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

0

Martın 4-də Türk Dövlətləri Parlament Assambleyasının  Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilən 11-ci iclasının iştirakçıları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Ziyarətçilər əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər, məzarı önünə tər güllər düzüblər.

Sonra onlar Şəhidlər xiyabanında ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

TÜRKPA komissiyasının üzvləri sonra 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyublar.

Ziyarət zamanı qonaqları Türk Dövlətləri Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı, Cavanşir Feyziyev və digər rəsmi şəxslər müşayiət ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir