Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb

0

Fevralın 23-də Azərbaycanın  paytaxtı Bakı şəhərinin ev sahibliyi etdiyi növbəti mötəbər beynəlxalq tədbir – Asiya Parlament Assambleyasının (APA-nın) 14-cü plenar sessiyası öz işini davam etdirib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Xəbər verdiyimiz kimi, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri, habelə bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Plenar sessiyanın ikinci günündə daimi komitələrinin hesabat məruzələri dinlənilib, təşkilati məsələlərə baxılıb.

Qeyd edək ki, bu gün keçirilən sessiya çərçivəsində qurumun daimi komitələri də öz işini davam etdirib. Belə ki, Sosial və mədəni məsələlər, Siyasi məsələlər üzrə daimi komitələrinin iclaslarında Asiyada mədəni müxtəlifliyin təşviqi, mədəni irsin qorunması,  Asiyada korrupsiyaya, mədəni sərvətlərin qaçaqmalçılığına, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, Asiyada insan inkişafının, uşaq və gənclərin inkişafının təşviqi kimi məsələlər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub. 

APA-nın 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və Assambleyanın yekun hesabatı qəbul edilib.

Bununla da APA-nın 14-cü sessiyası öz işini başa çatdırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir