Milli Məclisin deputatı Estoniyaya səfər edəcək

0

Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova fevralın 19-da bu ölkənin Tallin şəhərinə səfər edəcək.  

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə həyata keçirilən səfər zamanı Milli Məclisin deputatı Estoniya parlamentində bir sıra görüşlər keçirəcək, ikitərəfli  münasibətlərin inkişafı, parlamentlərarası əlaqələrin bu günü və gələcəyi barədə fikir mübadiləsi aparacaqdır. 

Səfər fevralın 22-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir