Azərbaycanın bu şərti yerinə yetiriləndən sonra sülh müqaviləsi imzalanacaq

0

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla sərhəd delimitasiyası ilə bağlı 2 variantın olduğunu bildirib. Paşinyan birinci variantın sərhədlərin bütün uzunluğu boyunca və birdəfəlik təyin olunması, ikinci variantın isə delimitasiya və demarkasiya prosesinin mərhələli və hissə-hissə müəyyən edilməsi ilə bağlı olduğunu deyib. O, anklavlarla bağlı məsələnin sonrakı mərhələdə həll edilməli olduğunu qeyd edib. 

Turanın səsi ” in xəbərinə görə , Paşinyanın sərhədlərin təyin olunması ilə bağlı təkliflərini şərh edən politoloq Zaur Məmmədov bildirib ki, əslində məsələ delimitasiyanın necə aparılmasından çox hansı xəritələrlə aparılması ilə bağlıdır.  

“Əslində, burada hər şey tam aydındır, ya bötövlükdə sərhədboyu ərazilər təyin olunur, ya da tədricən, hissə-hissə delimitasiya-demarkasiya ilə bağlı tədricən ilkin razılığa gəlinir. Əlbəttə, əsas olan nəticənin əldə edilməsidir. Təklif olunan variantların hansının əlverişli olmasından asılı olaraq, o da seçilməlidir. Ancaq Ermənistan və Azərbaycan arasında bu mövzuda başqa məsələlərlə bağlı fikir ayrılıqları var. Bu delimitasiya-demarkasiya ilə bağlı hansı xəritədən istifadə olunması ilə bağlıdır. Sərhəd məsələsində xəritə faktorunun problematikası var”. 

Politoloq indiki vəziyyətdə sərhəd məsələsi ilə bağlı Azərbaycan tərəfinin tələsmədiyini diqqətə çatdırıb: 

“Xəritə seçimində Ermənistan SSRİ-nin son dövrlərinə istinad edir. Amma düşünürəm ki, Azərbaycan bu məsələdə tələsmir. Çünki hələ Ermənistan konstitusiya və qanunvericilik aktlarını dəyişməyib. Azərbaycanın da tələbi ondan ibarətdir ki, sülh müqaviləsi imzalanana qədər bu dəyişiklər olsun. Ona görə də indiki vəziyyətdə delimitasiya və demarkasiya ilə bağlı tələsməyə ehtiyac yoxdur. Ermənistan konkret olaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı addımlar atmalıdır ki, sərhəd məsələsində də ortaq məxrəcə gəlinsin. Paşinyan özü də bunu çox yaxşı bilir”. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir