İrandan Ermənistana hədə – “Zəngəzurdan yol versəniz…”

0

İran Ermənistan rəhbərliyinə Zəngəzurdan yol verməməsi üçün hədələyici xəbərdarlıq edib.

Turanın səsi ” xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan deyib.

“İranın yalnız bəyanatlarla məhdudlaşdığını düşünürsünüzsə, yanılırsınız, Sünikə (Zəngəzur) gedin və görün nə baş verir, İran vəziyyəti necə başa düşməyə çalışır. Hətta ola bilsin ki, xəbərdarlıq etdiyi şeylərin qarşısını almaq üçün əvvəlcədən aqressiv addımlar atsın.

Son ilyarımda İranın xüsusilə Ermənistana xəbərdarlıqlarını görmüsünüzmü? Ermənistana ən yüksək səviyyədə deyirlər ki, Sünik vasitəsilə yol verməyəcəksiniz. Onun (Baş nazir Nikol Paşinyanın) söz verdiyini və vermək istədiyini çox gözəl bilirlər” – ekspert bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir