Rusiyada neokolonializmə dair beynəlxalq forum keçiriləcək, Azərbaycanın da mövqeyinə yer veriləcək

0


Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində neokolonializmə dair beynəlxalq forum keçiriləcək.

Bu barədə  “Turanın səsi ” nə Azərbaycan Milli Məclisindən məlumat verilib.

Bildirilib ki, Forumla əlaqədar Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov fevralın 15-də Moskvaya səfər edəcəklər.

Səfər zamanı Milli Məclisin deputatları Rusiyanın “Yedinaya Rossiya” Partiyasının təşkilatçılığı ilə keçiriləcək “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda iştirak edəcək, mövzu ətrafında aparılacaq müzakirələrdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Deputatların səfəri fevralın 17-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir