“Paşinyan Basarkeçəri təhvil verəcək” – Sabiq baş nazirdən ŞOK AÇIQLAMA
“Paşinyan Basarkeçəri (dəyişdirilmiş adı Vardenis) təslim edib, sonra “yeni reallıq yaranıb” deyəcək və biz bununla barışmalı olacağıq”.
“Turanın səsi ” xəbər verir ki, bunu Ermənistanın birinci baş naziri Vazgen Manukyan deyib:
“Regionda vəziyyətin dəyişməsinin əsl günahkar Nikol Paşinyandır. O, hətta indi də yeni reallıq yarada bilər. Hakimiyyət xalqın ləyaqətini alçaltmaq istəyir. Paşinyan öz etdiyi günahları insanların üzərinə yıxmağa çalışır. Düşünürəm ki, insanları uzun müddət bu vəziyyətdə saxlamaq mümkün olmayacaq”.
Manukyan hesab edir ki, konstitusiyanı yeniləmək əvəzinə, Paşinyanı dəyişmək daha asandır.
“Paşinyan mahiyyət etibarı ilə Ermənistanın müstəqillik bəyannaməsini dəyişməyin vacib olduğunu dilə gətirməklə həm yerli, həm də xarici auditoriya qarşısında gülməli görünür. Hərçənd hakimiyyət təzyiq yolu ilə konstitusiyaya dəyişikliyin qəbuluna nail olsa, bu zaman bütün erməni xalqına mənəvi zərbə vurulacaq” – Manukyan bildirib.
Qeyd edək ki, Manukyan Basarkeçərin təhvil verilməsindən danışarkən, şübhəsiz ki, bu ərazinin Azərbaycana qaytarılmasını nəzərdə tutur.