Parlament Avropa Şurasının terrorçuluğun qarşısının alınması haqqında Konvensiyasına əlavə protokolu təsdiqləyib
Milli Məclis “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”u təsdiqləyib.
“Turanın səsi ” xəbər verir ki , bununla bağlı “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib