Komitə sədri: “Erkən nikaha məcbur edilən qızlarla bağlı işlər sürətləndirilməlidir”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova erkən nikaha məcbur edilən qızlarla bağlı işlərin sürətləndirilməsini məqsədəuyğun sayıb.
“Turanın səsi ” xəbər verir ki, o, parlamentin bugünkü plenar iclasında çıxışı zamanı aparılan təhlillər ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamikanın olduğunu göstərir:
“Bir çox sahələrdə qadınların iştirakçılığının artması müşahidə olunur. Son zamanlar qadınların fəaliyyət növlərindən biri minaların təmizlənməsidir. Lakin bu gün hələ də gender fərqi nəzərə çarpan sahələr var. Düşünürəm ki, bu fərq zamanla aradan qalxacaq”.
H.Hüseynova bildirib ki, Azərbaycanda mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 40 %-i qızlardır: “Yəni bu rəqəm orta dünya göstəricisindən də artıqdır. Bununla yanaşı, təhsildən yayınan qızlar da var. Onların bir çoxu nikaha məcbur edilir və bu istiqamətdə işlərimiz daha da gücləndirilməlidir. Bundan başqa, sahibkar qadınların sayının artması ilə yanaşı, onların keyfiyyətli və dayanıqlı fəlaiyyətinə nail olmaq lazımdır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI