Spiker: “YAP-ın İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı qərarı xalqımızın arzu və istəyini ifadə edir”
Milli Məclisin sədri Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının (YAP) İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı qərarının Azərbaycan xalqının arzu və istəyini ifadə etdiyini bildirib.
“Turanın səsi ” xəbər verir ki , spiker bunu parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, YAP-ın qərarı ilə partiyadan İlham Əliyev prezidentliyə namizəd göstərilib: “Təbii ki, bu qərar Azərbaycan xalqının arzu və istəyini ifadə edir”.
Sədr söyləyib ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib: “Prezident İlham Əliyev adını tarixə həkk etdirib”.
S.Qafarova qeyd edib ki, Azərbaycanın müasir tarixinin son 20 ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial-iqtisadi inkişaf, möhkəm ictimai-siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır: “Əminliklə söyləmək olar ki, İlham Əliyevə xas olan siyasi səriştə dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra inamlı irəliləməyini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcək”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI