Elm və təhsil komitəsinin iclasında
Dekabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev gündəliyə bir məsələnin – “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) daxil edildiyini deyib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Bəxtiyar Əliyev qanun layihəsi ilə bağlı birinci və ikinci oxunuşlarda geniş müzakirələrin keçirildiyini söyləyib. Bildirilib ki, məsələ parlamentin plenar iclasında hər iki oxunuşda deputatlar tərəfindən dəstəklənib və komitədə üçüncü oxunuşa təqdim edilib.
Sənəddə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə layihədə adı çəkilən qanunvericilik aktlarında mövcud normaların Cinayət Məcəlləsinə uyğunlaşdırılması ilə bağlı müvafiq dəyişikliklər nəzərdə tutulub.
Komitə üzvləri dəyişiklikləri məqbul hesab ediblər və qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitənin sədr müavini Musa Qasımlı, üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Rafael Hüseynov, Afət Həsənova, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Fatma Yıldırım iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI