Ermənistanın hakim partiyası sülh müqaviləsinin bu ilin sonuna qədər imzalanacağını gözləyir

0

Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Sarqis Xandanyan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyini söyləyib.

Turanın səsi ” “Aysor”a istinadən xəbər verir ki, bu barədə o brifinqdə çıxışında deyib.

“Ermənistanın razılaşdığı bütün fundamental məsələlər bir daha təsdiqlənsə və sülh sazişində öz yerini taparsa, sülh müqaviləsinin imzalanması artıq texnika məsələ olacaq”, – o deyib.

S. Xandanyanın sözlərinə görə, sazişin ilin sonunda imzalanacağı istisna edilmir: “Ancaq vəziyyətin praktikada necə olacağını gözləmək lazımdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir