Adil Əliyev Almaniyada kikboksinq üzrə “Heydər Əliyev Kuboku”nda iştirak edib

0

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Almaniyanın Berlin şəhərində “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş kikboksinq üzrə “Heydər Əliyev Kuboku”nda iştirak edib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Milli Məclisin Gənclər və idman komitəsi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO) və Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutan yarışın açılış mərasimində Milli Məclisin vitse-spikeri,  Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev çıxış edib. 

O, qonaqları salamlayaraq bugünkü qüdrətli Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu diqqətə çatdırıb. Vitse-spiker Adil Əliyev Ulu Öndər Heydər Əliyevin bütün sahələrə, xüsusilə də gənclər və idman sahəsinə göstərdiyi yüksək qayğıdan söz açıb, onun gənclərimizin milli-mənəvi dəyərlərə bağlı yetişməsi, idmanda kütləviliyin təmin olunması üçün gördüyü işlərdən danışıb.

Adil Əliyev Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla inkişaf etdirilməsindən bəhs edərək, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, suverenliyinin bərqərar edildiyini vurğulayıb. O, gənclərə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, dövlətimizin qüdrətlənməsi ilə bağlı tövsiyələrini çatdırıb.

Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərdən bəhs edib, Ümummilli Liderin diaspora işinə böyük önəm verməsindən danışıb.

Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (“WAKO”) prezidenti Roy Baker Azərbaycanın beynəlxalq yarışları yüksək səviyyədə təşkil etməsi və keçirməsi barədə danışıb, Azərbaycan kikboksinqçilərinin mütəmadi olaraq göstərdiyi yüksək nəticələrə diqqət çəkib.

Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev ölkəmizdə idmana göstərilən qayğıdan söz açıb, “Heydər Əliyev Kuboku” barədə məlumat verib və yarış iştirakçılarına uğurlar diləyib. 

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kubokda ölkəmizdən və dünyadan, Almaniyanın müxtəlif şəhər və bölgələrindən olan 1200-dən çox kikboksinqçi öz güclərini sınayıblar.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku”nda 7 peşəkar döyüş keçirilib. Azərbaycan milli yığma komandasının üzvləri Amin Quliyev (63.5 kq), Ruslan Musayev (69 kq), Qəşəm Məmmədov (75 kq), Anar Məmmədov (60 kq), Rauf Gərayzadə (81 kq) və Elxan Əliyev (75kq) xarici ölkələrin kikboksinqçiləri üzərində parlaq qələbə əldə ediblər. İdmançılarımız “Wako Pro” kəmərləri qazanıblar.

Tədbirdə qurulmuş stendlərdə Azərbaycan mətbəxi və mədəniyyəti barədə qonaqlara məlumat verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir