Zəngilan rayonu 33 saylı tam orta məktəbində “Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi keçirilir

“Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi Zəngilan rayonu 33 saylı tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.


Layihənin fəaliyyətləri, məqsəd və vəzifələri haqqında təlimlərə dinləyici kimi seçilmiş şagirdlərin validenləri ilə məlumatlandırma görüşü keçirildi.

Turanın səsi ” in məlumatına görə Görüşdə layihənin eksperti qeyd etdi ki, layihənin məqsədi sosial inklüziya “alət”lərindən istifadə etməklə sosial problemli, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən, yaxud müxtəlif sosial səbəblərdən dəstək göstərilməsi tələb edilən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi və bu yolla onların cəmiyyətə daha sıx və effektiv inteqrasiya olunmasından ibarətdir. Layihənin vəzifələrinə benefisiarlar kimi seçilmiş uşaq və yeniyetmə qrupları arasında xüsusi bacarıqların inkişaf etdirilməsi üçün geniş məlumatların yayılması, həmin şagirdlər arasında istedadlıların seçilməsi, onlara xüsusi bacarıqlarının inkişafı üzrə öyrədici təlimlər və xüsusi kursların təşkili, təlim və kurslarda dinləyicilərin hazırladıqları əl işlərindən ibarət yekun sərgisinin keçirilməsi daxil edilib.
Əsas təlim istiqamətləri taxtada oyma, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma və daş üzərində rəsmlər nəzərdə tutulub. Layihənin icrasını yerinə yetirən işçi qrupu tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasından da qrup formalaşacaq və onlarla sosial inklüziya vasitəsi ilə dəstək işləri aparılacaq. Bunlar sırasında özəl olaraq, art terapiyadan istifadə etmək planlaşdırılır. Layihənin işçi qrupuna daxil olan art terapiya mütəxəssisinin iştirakı ilə psixoloji reabilitasiyaya cəlb edilmiş şəxslər üçün art terapiya seansları və əl işlərini özündə birləşdirən xüsusi kursları təşkil ediləcəkdir.
Görüş iştirakçılarına məlumat verildi ki, layihə üzrə əldə edilmiş uğurlar və nəticələr haqqında geniş ictimaiyyətin məlumatlandırılması məqsədi ilə layihənin yekun mərhələsində ictimai müzakirələr üzrə seminarlar təşkil olunacaq. Zəngilan rayonu 33 saylı tam orta məktəbinin yerləşdiyi ərazidə aidiyyatı hədəf qrupuna daxil olan ailələrin, dövlət qurumlarının, ictimai birliklərin, müvafiq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən seminarların əsas məqsədi layihənin benefisiarların mövcud problemlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və həmin kateqoriyadan olan yeniyetmələrin istedadlarını üzə çıxarmaqla bərabər onların inkişaf etdirilməsinə dəstəyin verilməsinə nail olmaqdı.

Qeyd edək ki , Cəmi 2 belə seminarın təşkil olunması nəzərdə tutulub.


Layihə gələn ilin fevralında yekunlaşacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir