Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyəti ölkəmizə səfər edib

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfərin məqsədi  Azərbaycan -Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsidir. 

Bu barədə ” Turanın səsi “ nə Elm və Təhsil nazirliyinin mətbuat xidmətindən bildirilib .

Səfər çərçivəsində qonaqlar elm və təhsil naziri Emin Əmrullayevlə birgə Quba rayonunun İqrıq kəndində yerləşən türk əsgərinin məzarını, Quba Soyqırımı Memorial Kompleksini və Azərbaycan – Türkiyə Dostluq Parkını ziyarət ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir