Parlamentlərarası İttifaqın tədbirində
Milli Məclisin deputatları Elnur Allahverdiyev, Kamran Bayramov, Sevil Mikayılova, parlament aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər Parlamentlərarası İttifaqın 147-ci Assambleyasının işində iştirak etmək üçün oktyabrın 22-də Anqola Respublikasının Luanda şəhərinə səfər edəcəklər.
“Turanın səsi ” xəbər verir ki , Deputatlarımız Assambleyanın “Sülhün, ədalətin və güclü təsisatların dəstəklənməsi istiqamətində parlamentlərin fəaliyyəti” mövzusunda ümumi müzakirələrə qatılacaqlar, qurumun daimi komitələrinin iclaslarında müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.
147-ci Assambleya çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təşkilatın institusional inkişaf prosesinə, beynəlxalq fəaliyyətinə və əməkdaşlıq perspektivlərinə həsr olunmuş iclası keçiriləcək.
Səfər oktyabrın 28-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI