Əli Hüseynli: “İlham Əliyev müasir hüquqi və demokratik dünyada çox nadir tarixi şəxsiyyətdir”
“Bir sıra dövlətlərdə konstitusion idarəetmə quruluşunu dəyişməklə hakimiyyətdə qalanlardan fərqli olaraq, İlham Əliyev yalnız seçkilərdə xalqın səsini qazanaraq dəfələrlə qalib gələn dövlət başçısıdır”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Əli Hüseynli parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
Sədr müavini bildirib ki, İlham Əliyev müasir hüquqi və demokratik dünyada 20 il sabit, davamlı, amma həm də artan reytinqi olan çox nadir tarixi şəxsiyyətdir.
“Əslində, İlham Əliyevin uğur tarixi daha dərindir. İlham Əliyev hələ ilk prezident seçkilərindən sonra radikal müxalifətin dövlət çevrilişi cəhdini, hakimiyyətdəki bəzi avantüra hərəkətlərinin qarşısını qətiyyətlə almışdı. İndi isə hər kəs Qarabağın azad edilməsi ilə İlham Əliyevin yeni tarix yazdığının fərqindədir. Hazırda İlham Əliyevin təcrübəsini öyrənənlər çoxdur, lakin onu tətbiq edə biləcəkləri böyük sual altındadır. Çünki regionda məxməri inqilabların yetişdirdiyi rəhbərlərdən fərqli olaraq, ancaq özü müstəqil olan lider müstəqil qərarlar qəbul edir. Regionda müharibəni, antiterror tədbirlərini və sülh prosesini birgə həyata keçirən yeganə şəxsiyyət məhz İlham Əliyevdir. İndi də bölgədə İlham Əliyevin sözü olmadan heç bir qərar qəbul edilə bilməz”, – Ə.Hüseynli vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI