Vitse-spiker: “Dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismarı vurduq”
“Prezident İlham Əliyevin diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə qazandıq”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əldə edilən qələbə ilə dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismar vurulub: “Bax, əsl həqiqət budur”.
Sədr müavini bildirib ki, xalqı dünyada tanıtdıran əsas məsələ ölkənin siyasətə təsir etmək imkanı olan fenomen tarixi şəxsiyyətlərə malik olmasıdır: “Müasir Azərbaycanın banisi, dünya siyasətində öz dəsti-xətti olan Heydər Əliyev məhz belə şəxsiyyətlərdən olub. Dövlətin gələcəyinin etibarlı əllərdə olmasını düşünərək İlham Əliyevi yetişdirdi. Bu gün Azərbaycan dünya dövlət siyasətinin boy sırasında nəinki uca görünən, sözü, fikri, qəti mövqeyi olan ölkədir. İlham Əliyev o zaman üçün bataqlıqda olan dövlətimizi bu gün dünyanın ən yüksək səviyyəsinə qaldıra bildi. 20 illik tarixin zirvəsi Vətən müharibəsindəki qələbə, tacı isə antiterror tədbirləri oldu. Tarixdə tərcümeyi-halımızın ən şərəfli səhifəsinə düşmən üzərində qələbəni yazdıq”.
Vitse-spiker qeyd edib ki, bu gün Fransanın qarnına sancı dolub, min oyundan çıxır: “İlham Əliyev diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə qazandıq.
Biz dünya erməniçiliyinə qalib gəldik.
İlham Əliyev ata-babalarımızın, eləcə də bizim uzun illər yaşadığımız acıları övladlarımıza ötürmədi. Bunu obrazlı desək, dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismarı vurduq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI