Milli Məclisin xüsusi iclası başlayıb, İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı bəyanat qəbul olunacaq

0

Milli Məclisin xüsusi iclası başlayıb.

“Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı formalaşıb: “Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. Azərbaycanda istehsal olunan ümumi daxili məhsul 3,6 dəfə artıb”.

Sonra Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir