Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid ediləcək
Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunmasına dair layihə ilk oxunuşda qəbul edilib.
“Turanın səsi ” xəbər verir ki , Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq.
Həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrindən çıxandan sonra ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayə haqqı verə bilmirdilər. İndi həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq. Eyni zamanda onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq.
Layihə müzakirələrdən sonra I oxunuşda qəbul olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI