Türkiyənin iki klubu Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanıb

Türkiyənin iki klubu UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

Turanın səsi ” in məlumatına görə, “Fənərbağça” və “Beşiktaş” pley-off mərhələsində rəqibini üstələyiblər.

“Fənərbağça” öz meydanında 5:1 hesabı ilə məğlub etdiyi Niderland klubu “Tvente”yə səfərdə də qalib gəlib. Edin Dzekonun yeganə qolu İstanbul nəhənginə 1:0 hesablı qələbə qazandırıb.

Ukraynanın “Dinamo” (Kiyev) klubundan səfərdə güclü olan “Beşiktaş” (3:2) Türkiyədəki cavab görüşündə də üstünlüyün qorumağı bacarıb. “Ağ-qaralar” Vensan Abubakarın qolu sayəsində 1:0 hesablı qalibiyyətə seviniblər.

Türkiyənin digər təmsilçisi “Adana Dəmirspor” isə doğma arenasında Belçika “Genk”ini qəbub edib. Belçikadakı ilk matçda yerli komanda 2:1 hesabı ilə qalib gəlmişdisə, bu dəfə adanalılar rəqibi eynifərqli hesabla (1:0) məğlub ediblər. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan “Genk” yoluna davam edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir