Avropa Liqası: “Qarabağ” pley-offun ilk oyununda səfər qələbəsi qazanıb – YENİLƏNİB

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Turanın səsi ” in məlumatına görə, Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub.

“Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq.

Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

23 :05

“Qarabağ”la Sloveniyanın “Olimpiya” klubu arasında Lyublyanada keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Turanın səsi ” in məlumatına görə, “Stojitse” stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra Azərbaycan təmsilçisi 2:0 hesabı ilə öndədir.

Ağdam klubunun heyətində 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.


20:50

Sloveniyada UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Olimpiya” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Turanın səsi ” in məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Olimpiya”: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik, 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas

Baş məşqçi: Joao Enrike

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, “Stojitse”də oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir