Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub – YENİLƏNİB
Milli Məclisdə Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib.
“turanın səsi ” xəbər verir ki, iclasda deputatlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsizt xidmətləri haqqında geniş çıxışlar ediblər.
İclasın sonunda Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bəyanatı qəbul edilib.
Bəyanatı deputat Səbinə Xasayeva oxuyub.
10:01
Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.
“Turanın səsi ” xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə baş tutan iclasın gündəliyinə bir məsələ daxil edilib.
Belə ki, xüsusi iclas Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Sədrin çıxışından sonra iclasın davamında “Heydər Əliyev – zamanın fövqündə” adlı sənədli film nümayiş olunub.
İdeya müəllifi spiker Sahibə Qafarovanın olduğu ekran işi parlamentin arxiv materialları əsasında MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb.
Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs olunub.
Həmçinin foyedə Ulu Öndərin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibəti ilə nəşr olunan “Heydər Əliyev və Azərbaycan parlamenti” adlı üç cilddən ibarət kitabın da təqdimatı olub.
Kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarovadır. Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI