Ukrayna və Rusiya daha bir əsir mübadiləsi həyata keçirib

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.

Turanın səsi ” xəbər verir ki, Ukrayna tərəfi 94 rusiyalı hərbçini özünün Silahlı Qüvvələrinin 95 döyüşçüsü ilə dəyişib.

“Biz 95 nəfərimizi Vətənə qaytarırıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın hərbçiləri, eləcə də sərhədçilər daxildir. Onların arasında 93 sıravi və çavuş və iki zabit var”, – Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak teleqram kanalında yazıb.

Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Nazirlik qeyd edib ki, qayıdan hərbçilər müalicə və reabilitasiya üçün Müdafiə Nazirliyinin tibb müəssisələrinə aparılacaqlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir