İraqda əməliyyat zamanı Türkiyə ordusunun iki hərbçisi həlak olub

İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi həlak olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya tviter hesabında yazıb.

O, qeyd edib ki, əməliyyat çərçivəsində çavuş Cem Ahmet Kaya və Halil Şahin şəhid olublar.

Nazir hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir