Tramp məhkum olunsa belə, prezidentlik yarışında iştirakını davam etdirmək niyyətindədir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı təqsirli bilinsə belə, ölkədə ən yüksək dövlət postu uğrunda mübarizədə iştirakdan imtina etmək niyyətində deyil.

turanın səsi ” xəbər verir ki, bu barədə Tramp “Politico” qəzetinə müsahibəsində bildirib.

“Mən heç vaxt mübarizədən əl çəkməyəcəyəm. Baxın, getsəydim, 2016-cı ildə keçiriləcək ilk prezidentlik yarışından əvvəl çıxıb gedərdim. Bu çətin idi. Nəzəri cəhətdən bu, mümkün deyildi”, – Tramp əlavə edib.

Nəşrin yazdığına görə, respublikaçıya qarşı irəli sürülən ittihamlar onun yarışda iştirakını davam etdirməsini mümkünsüz etmir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir