Deputat: “Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlanıb”

0

Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlanıb.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deputat Siyavuş Novruzov deyib:

Onun sözlərinə görə, bu məntəqələrdə minlərlə insan işləyirdi: “Artıq “qara bazar” var. Metro stansiyalarının qarşısında dollar dəyişmə yerləri fəaliyyət göstərir. 90-cı illərə qayıtmışıq sanki. Şənbə-bazar günləri heç yer işləmir, ölkəyə gələn turist pulunu harada dəyişsin? 1-2 bankın növbətçi filialları çalışır. Amma gərək Əhmədlidə olan şəxs pul dəyişmək üçün mərkəzə gəlsin”.

Deputat bildirib ki, düzdür, valyuta dəyişmə məntəqəsi açmaq üçün girov çoxdur: “Amma bu məntəqələr açılmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gözəl dayanacaqlar təqdim edir. O dayanacaqlar formasında dünyanın hər yerində puldəyişmə məntəqələri var. Bizdə də açılıb işləsin. Bu, həm iş yeridir, həm də vətəndaşların və turistlərin rahatlığıdır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir