Parlament Məhkəmə-Hüquq Şurasının sədrinin yalnız hakim üzvləri sırasından seçilməsinə dair layihəni təsdiqləyib
Məhkəmə-Hüquq Şurasının sədrinin Şuranın yalnız hakim üzvləri sırasından seçilməsinə dair layihə sonuncu oxunuşdan keçib.
“Turanın səsi ” in xəbərinə görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI