Deputat: “Ermənistanın Naxçıvanla sərhəddə tikdiyi zavod təkcə ekoloji deyil, hərbi təhlükəyə də səbəb ola bilər”

0

“Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunu Amerikanın maliyyə yardımı inşa edir”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin növbədənkənar sessiyasının plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu zavod təkcə ekoloji deyil, gələcəkdə hərbi təhlükəyə də səbəb ola bilər: “Ona görə də gələcəkdəki hərbi-siyasi təhlükənin qarşısını almaq üçün ciddi addımlar atmalıyıq və bunu müzakirə etməliyik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir