DEPUTAT : “İlham Əliyevin Moldovadakı görüşləri çox mühüm əhəmiyyət kəsb edir”

0

“Cənab İlham Əliyevin Moldovaya səfəri çox mühüm səfər kimi dəyərləndirilməlidir. Onun müxtəlif dövlət başçıları ilə, baş nazirlərlə görüşləri çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Şarl Mişellə, Olaf Şoltsla olan görüşlər də çox əhəmiyyətlidir. Bu görüş çox mühüm əhəmiyyət kəsb edir və gələcək görüşlərə bir mesajdır. Bu gün artıq Rusiyada kommunikasiyaların açılması ilə bağlı hökumət nümayəndələrinin görüşləri keçirilir”.

Turanın səsi ” xəbər verir ki , bu sözləri Milli Məclisin deputatı Arzu Nağıyev Prezident İlham Əliyevin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla qeyri-rəsmi görüşünü şərh edərkən deyib.

“Bundan sonra təbii ki,  iyun ayında ABŞ-da xarici işlər nazirləri səviyyəsində bir görüş planlaşdırılır. Eyni zamanda Şarl Mişelin verdiyi açıqlamadan da belə məlum oldu ki, iyul ayında da Brüsseldə mühüm bir görüş keçiriləcək. Yəni bütün bu görüşlərin keçirilməsində əsas məram, məqsəd sülh müqaviləsinin imzalanması üçün atılacaq addımlardır. Sülh müqaviləsinin imzalanması üçün də təbii ki, həm delimitasiya, həm də demarkasiya məsələləri müzakirə olunmalıdır. Yəni açıq qalan məsələlər tam şəkildə müzakirə olunmalıdır”-deyə deputat vurğuladı.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir