Türkiyə Kosovaya hərbi qüvvə göndərir
Türkiyə Silahlı Qüvvələrinin (SQ) 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına aid heyəti NATO-nun tərkibində Kosovaya yollanır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qoşunların Kosovadakı Sultan Murat kazarmasında yerləşəcəyi gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl Kosovanın şimalında serblərlə NATO bölmələri toqquşma olmuşdu.