Beynəlxalq tədbirdə
Milli Məclisin Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Tural Gəncəliyev Avropa İttifaqı–Rusiya/MDB Qabaqcıl Tədqiqatlar və Müqayisəli Təhlil üzrə Beynəlxalq Mərkəz (ICEUR) tərəfindən təşkil olunmuş tədbirdə iştirak etmək üçün iyunun 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Tədbirdə “Azərbaycan və Ermənistan: münaqişədən sonrakı normalaşmaya doğru” mövzusunda müzakirələr aparılacaq.
Səfər iyunun 7-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI