Polşa bu ay ABŞ-dan 14 ədəd “Abrams” tankı alacaq
Amerika Birləşmiş Ştatları bu ayın sonunda Polşaya 14 ədəd “Abrams” tankı təhvil verəcək.
“turanın səsi ” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak tviter səhifəsində yazıb.
““Abrams” tanklarının ilk partiyasının daşınmasına başlanılır. Tezliklə “14 M1A1 Abrams” tankı və üç ədəd “M88A2 Hercules” bərpa-evakuasiya avtomobili Polşaya göndəriləcək. Onlar bu ayın sonunda ölkəmizdə olacaq”, – müdafiə naziri yazıb.