Azərbaycanda işsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulan vəsait artırılır

0

Azərbaycanda işsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulan vəsait artırılır.

Turanın səsi ” in xəbərinə görə, bu, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsində əksini tapıb.

Belə ki, işsizliyə görə sığorta ödənişlərinə ayrılan vəsait 11 000 000 manatdan 13 500 000 manata qaldırılır.

Qeyd edək ki, layihəyə əsasən İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 milyon manat (2,4 %) artırılmaqla 217 668 334,50 manat təşkil edəcək. Hazırda isə İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 212 668 344,50 manat, xərcləri 212 668 344,50 manat məbləğində təsdiq edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir