Ukrayna Prezidenti Volodimir Zelenski Fransa və Portuqaliya liderləri ilə təyyarələrin tədarükünü müzakirə edib.

Turanın səsi ” in məlumatına görə, bu barədə Ukrayna Prezidenti teleqram kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, Fransa və Portuqaliya Rusiyanın hərbi təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləyir.

Emmanuel Makron Fransanın Ukraynanın hava hücumundan müdafiə imkanlarına dəstəyinə dair razılaşmanı təsdiqləyib. Bundan əlavə, Ukrayna və Fransanın müdafiə nazirlərinə ukraynalı pilotların hazırlanmasının konkret həcmləri və mexanizmi ilə bağlı rəsmi qərarın işlənib hazırlanması tapşırılıb.

Qərar qırıcı pilotların hazırlanması təşəbbüsündə iştirak edən ölkələr tərəfindən “Ramştayn” formatında növbəti iclasda qəbul ediləcək.

Zelenski Portuqaliyanın baş naziri Antonio Kosta ilə görüşü zamanı Ukraynanı dəstəklədiyinə görə ona təşəkkür edib.

“Mən ona Portuqaliya hökuməti tərəfindən Ukraynaya hərtərəfli – hərbi, siyasi və humanitar və ardıcıl dəstəyə görə təşəkkür edirəm. Xüsusilə, Portuqaliyanın ukraynalı pilotların təlimində iştirak etməyə hazır olduğuna görə”, – o yazıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir