Ermənistanın baş naziri: “Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik”

“Bu, heç vaxt ucadan deyilməyib, amma məncə, aydın görünür: biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik”.

Turanın səsi ” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “CNN primanews” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunun fərqinə varırlar, bunu daha çox sezirlər, Rusiyada isə görürlər ki, Ermənistan Ukraynadakı müharibədə onların müttəfiqi deyil.

“Və belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik. Görünür, bütün bu toqquşmalardan yayınmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətinləşsə, ondan yayınma ehtimalı da bir o qədər az olar”, – Paşinyan vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir