Paşinyan: “Ermənistan və Azərbaycan 1975-ci ilin xəritələri əsasında delimitasiyaya razılaşıblar”

Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər.

Turanın səsi ”  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan deyib.

Ümumiyyətlə, Paşinyanın fikrincə, müzakirəni faydalı hesab etmək olar.

“Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub”, – Ermənistanın baş naziri qeyd edib.

O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir