ABŞ Ukraynaya 1,25 milyard dollar məbləğində maliyyə yardımı göstərib
ABŞ Ukraynaya 1,25 milyard dollar məbləğində maliyyə yardımı göstərib.
“Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
“ABŞ-dan Ukraynanın dövlət büdcəsinə Dünya Bankının bir çox donorları vasitəsilə 1,25 milyard dollar məbləğində maliyyə vəsaiti daxil olub”, – məlumatda bildirilib.
Nazirlik qeyd edib ki, 2023-cü ildə ABŞ Ukraynaya artıq 6 milyard dollar büdcə dəstəyi yardımı göstərib.