Milli Məclisin növbədənkənar sessiyasının ilk komitə iclasının vaxtı açıqlanıb

0

Milli Məclisin növbədənkənar sessiyasının ilk komitə iclasının vaxtı açıqlanıb.

Turanın səsi ” in xəbərinə görə, iyunun 2-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Bu gün MM-in yaz sessiyasının axırıncı plenar iclası keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.

Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların yığıncaqları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Bu il deputatlar iyun ayında növbədənkənar sessiyanın çağırılması ilə bağlı parlament sədrinə müraciət ediblər. Bundan sonra Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir