Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib.
“Turanın səsi ” xəbər verir ki , bununla bağlı “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Saziş bu ilin martın 16-da Ankara şəhərində imzalanıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI