İnsan alverinə qarşı mübarizədə əvvəllər zərərçəkmiş olanların yaxından iştirak etmələri təklif edilir
Milli Məclisin deputatı Elşad Mirbəşir insan alverinə qarşı aparılan mübarizədə əvvəlki zərərçəkənlərin yaxından iştirak etmələrini təklif edib.
“Turanın səsi ” in məlumatına görə, deputat bu təkliflə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda çıxış edib.
O qeyd edib ki, insan alverinin keçmiş qurbanları prosesə yaxından töhfələrini verə bilərlər:
“Onlar qurbanları daha tez müəyyənləşdirmə baxımından töhfəsini verə bilər. Təklif edirəm ki, əgər işçi qrupu yaradılarsa, qurbanların bu işdə yaxından iştirakı təmin edilməklə bu insan alveri ilə mübarizədə müsbət nəticələr əldə etmək olar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI