İrəvanda növbəti dəfə Azərbaycan və Türkiyə bayraqları yandırılıb


Bu gün Ermənistanın paytaxtı İrəvanda yürüş iştirakçıları Respublika meydanında Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar.

Turanın səsi ” erməni mətbuatına istinadən xəbər verir ki, vandal hadisə qondarma soyqırımla bağlı keçirilən yürüşün əvvəlində baş verib.

Bundan əvvəl Ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir