Ərdoğan Uşaq Bayramında zəlzələ qurbanları ilə görüşüb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramında zəlzələ qurbanları olan uşaqlarla görüşüb.

” turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə lideri tviterdə paylaşım edib.

Dolmabahçe sarayında baş tutan görüşdə Ərdoğan bildirib: “Cümhuriyyətimizin yeni əsrini Türkiyə əsri etməklə zəlzələ şəhidlərimizə və onların yadigarlarına olan sədaqətimizin əvəzini verə biləcəyimizə inanıram. Elm və dəyərlərimiz işığında özünüzü ən yaxşı şəkildə yetişdirərək millətimizin sizə olan inamını gücləndirmənizi istəyirəm”.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı 1920-ci ildən qeyd edilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir