Makronun çıxışı Fransada etirazlara səbəb olub

Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi xalqa televiziya ilə müraciətindən sonra ölkənin bir sıra şəhərlərində etirazlar başlayıb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.

Paytaxt prefekturasının məlumatına görə, Parisdə 2 000-ə yaxın etirazçı küçələrə çıxıb.

Renndə də Prezidentin bələdiyyə binası qarşısında çıxışı zamanı 700 nəfər etirazını ifadə edib.

Lionda 600-ə qədər nəfər meriyanın qarşısına toplaşıb, bir neçə yüz etirazçı Marsel şəhər meriyasına gedib. Nantda da 800-dən çox nümayişçi Makrona narazılığını bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir