Hulusi Akar: “Suriyanın şimalında 12 terrorçu zərərsizləşdirilib”

“Suriyanın şimalında 12 terrorçu zərərsizləşdirilib”.

Turanın səsi ” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Tək hədəfimiz terrorçulardır, amma terrorçuların arxasında da bəzi qüvvələr var, bu və ya digər şəkildə dəstək verirlər. Onları kim dəstəkləyir, dəstəkləsin, bizə mane ola bilməyəcəklər”, – deyə Akar Suriyanın şimalındakı qanunsuz silahlıların qurmaq istədiyi “terror dəhlizi”nin Mehmetçik tərəfindən parçalandığını xəbər verib.

“Həm “Fərat Qalxanı”, həm də “Zeytun Budağı” əməliyyatı bölgələrində 12 terrorçu zərərsizləşdirilib. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik. Terrorçuların yalnız bir şansı var – Türkiyə məhkəməsinə təslim olmaq. Həyata keçirilən əməliyyatlarda ən böyük uğur şəhidlərimizə, qazilərimizə məxsusdur. Mehmetçik şəhidlərimizin qanını heç vaxt yerdə qoymadı, qoymayacaq”.

Fevralın 6-da episentri Kahramanmaraşda yerləşən zəlzələlərin böyük ərazini əhatə etdiyini və çoxlu sayda insana zərər vurduğunu vurğulayan Akar daha sonra deyib: “Dövlətimiz ilk andan vətəndaşlarımızın yanına gəldi. Vətəndaşlarımız tək deyildi. Digər tərəfdən, dövlətimiz də tək deyildi, 85 milyon vətəndaşımız öz dövlətinə axışdı və ilk andan zəlzələ qurbanlarının ağrısını bölüşməyə çalışdı”.

Nazir qeyd edib ki, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla nazirlər, rəsmi şəxslər və bütün əlaqədar qurum və təşkilatların ilk andan hərəkətə keçiblər: “Mehmetçik də ilk andan bütün imkanlarını səfərbər edərək, xalqın yanına, köməyinə gəldi”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir