BMT baş katibindən xəbərdarlıq: “Sudanda eskalasiya ölkə və region üçün dağıdıcı ola bilər”

“Sudanda istənilən eskalasiya ölkə və region üçün dağıdıcı ola bilər”.

Turanın səsi ” xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quttereş tviterdəki hesabında yazıb.

“Sudanda döyüşlər artıq dəhşətli insan itkilərinə səbəb olub. Gələcəkdə istənilən eskalasiya ölkə və region üçün dağıdıcı ola bilər.

Vəziyyətə təsiri olanlar bundan zorakılığa son qoymaq, asayişi bərpa etmək və keçid yoluna qayıtmaq üçün səyləri dəstəkləmək üçün istifadə etməlidirlər”, – BMT baş katibi qeyd edib.

Sudanda toqquşmalar başlayandan indiyədək 180-dən çox insan həlak olub, 1800-dən çox insan yaralanıb. Aprelin 15-də ordu bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir